Baş Prokurorluq Bakıda zəhərlənmə ilə bağlı məlumat yaydı

6 Mart 2014 15:27 (UTC+04:00)
Bakının Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Movqe.az-a verdiyi məlumata grə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki. ötən gün axşam saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Zəhərlənməyə səbəb iyli yanacaqdır. Sakinlərin sözlərinə görə, səhər saatlarında qəsəbəyə təbii qazın verilişi dayandırılıb. Qaz verilərkən isə onun kəskin qoxusu olub. Hadisə nəticəsində Bakı şəhər Təcili və Təxirəsalinmaz Tibbi Yardım Stansiyasına 115 nəfər müraciət edib. Onlardan 20-si uşaq olub. Hadisə yerində 20 təcili yarıdm briqadası olub. Müraciət edənlərdən 70 nəfərə yerində yardım göstərilib. 43 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 13 nəfəri uşaqdı. Həmin gün, eyni ünvanda Natalya Məmmədova dünyasını dəyişib. Lakin 45 yaşlı Natalya Məmmədovanın ölüm faktının zəhərlənmə ilə bağlı olduğu hələ öz təsdiqini tapmayıb.