‘chr("39")Azərbaycan Mədəniyyət Günlərichr("39")chr("39") ilk dəfə Türkiyədə

13 İyun 2012 16:34 (UTC+04:00)

Movqe.Az türk mediasına istinadən bildirir ki, Türkiyədə ilk dəfə "Azərbaycan Mədəniyyət Günləri" proqramı təşkil ediləcək. Mövzuyla əlaqədar mətbuata açıqlamalar verən Azərbaycan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, "Azərbaycan Mədəniyyət Günləri"nin 17 - 21 iyun günləri arasında planlanan fəaliyyətlərinin Ankara və İzmirdə təşkil ediləcəyini bildirib. Fəaliyyətlər çərçivəsində Azərbaycanın mədəniyyət və sənət nümayəndələrinin tanınmış simaları, teatr və folklor qruplarından ibarət olan heyətlər Türkiyəyə gedəcək.

"Azərbaycan Mədəniyyət Günləri" proqramının rəsmi açılışı iyun ayının 18-i baş tutacaq.