Dünyanın ən yüksək binasını inşa ediləcək

13 İyun 2012 16:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çin dünyanın ən yüksək binasını tikməyi planlaşdırır. Çinli memar və mühəndislər 838 metrlik binanı 90 gündə bitirə biləcəklərini iddia edirlər.

Dünyanın hal-hazırda ən yüksək binası Dubayda yerləşən Bürc Xəlifədir. Ancaq inşaat müddəti beş ildən çox davam edən Bürc Xəlifə, bu ünvanını qısa bir müddət içində itirmə hədəsiylə qarşı-qarşıyadır.

Mərkəzi Hunan əyalətində yerləşən "Broad Sustainable Building" (BSB) firması, əyalətin paytaxtı Çanqşada tikiləcək "Sky City" adı verilən binanın inşaatının  2012-ci ilin noyabr ayında başlayacağını və 90 gün içində tamamlayacağını planlaşdırır.

Binanın xərcinin 4 milyard renminbi olacağı açıqlanıb.

Tamamlandığı zaman, 220 mərtəbəli "Sky City", hal-hazırda Çinin ulduzu olan 632 metrlik Şanghay Qülləsini də kölgədə qoyacaq.