İntihar edən məktəbli Müdafiə Nazirliyində İdarə rəisinin qızıdır
6 Mart 2014 19:29 (UTC+04:00)
Bakıda özünü binadan ataraq
intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum
olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata
görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova
Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun
qızıdır. Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda
yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail
rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli
binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb. Z. Əsədova
intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını
istəyib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət
işi başlanıb, istintaq gedir.