Bir qadını zorlayan iki kişiyə hökm oxundu

6 Mart 2014 19:33 (UTC+04:00)
Stavropol vilayətində bir qadını zorlanmaqda ittiham edilən iki kişiyə hökm oxunub. ANS PRESS-in məlumatına görə, məhkəmə istintaqın təqdim etdiyi sübutları tanıyaraq 39 yaşlı Dmitri Şestakov və 44 yaşlı Valeri Fedoseyev haqqında həbs qərarı çıxarıb.İstintaqa və məhkəməyə müəyyən edib ki, Şestakov və Fedoseyev 15 avqust 2013-cü ildə danışıq təklif edib, dilə tutaraq yerli sakini öz evindən çıxarıblar. Sonra isə onu avtomobillə adamsız yerə gətirərək təcavüz ediblər. Qadını növbə ilə zorlayıblar, həmçinin ona qarşı seksual xarakterli hərəkətlər tətbiq ediblər. Məhkəmə həm də müəyyən edib ki, cinayətkarlar 19 avqust 2013-cü ildə bu qadının cinsi azadlığına qarşı eyni cinayəti təkrar həyata keçiriblər. Məhkəmənin çıxardığı qərara görə Şestakov ciddi islah koloniyasında keçirməklə 7 il 3 ay, Fedosev isə ümumi islah koloniyasında keçirməklə 7 il azadlıqdan məhrum edilib.