İmran bir neçə əməliyyatdan daha keçəcək. 8 aydır, Almaniyada
xəstəxanada olan ailə martın 8-də Bakıya qayıdacaq. Movqe.az-ın APA
TV-yə istinadən xəbərinə görə, ötən ilin iyulun 21-də İmran
Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən
"Nabran Holiday Village" istirahət mərkəzində hovuzun içərisində
suda olarkən yaxınlıqda quraşdırılmış "Akvapark" adlanan qurğu
işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun
içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu
barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı
həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs
olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub. İmran
Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham
Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata
keçirilib.