Avropa Birliyi Krım parlamentinin referendumla bağlı qərarını qanunsuz hesab edir

6 Mart 2014 23:27 (UTC+04:00)
Avropa Birliyi (AB) Krım Muxtar Respublikasının parlamentinin referendumla bağlı qərarını qanunsuz hesab edir.
Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey bildirib. "Biz hesab edirik, Krım parlamentinin referendum keçirmək qərarı Ukrayna Konstitusiyasına ziddir, deməli, qanunsuzdur", deyə o bildirib. Qeyd edək ki, bundan əvvəl Krım parlamenti Muxtar Respublikanın Rusiyanın tərkibinə qatılmasına dair qərar verib və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun martın 16-na təxirə salıb.