Bakıda “Azərsu”nun işçisi döyüldü

7 Mart 2014 10:35 (UTC+04:00)

Bakıda "Azərsu"nun işçisi döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qurban Abbasov küçəsi, ev 40, mənzil 21-də qeydə alınıb. Bakı şəhər sakini, Reyhan Musa qızı Rzayeva aralarında yaranan münaqişə zəminində "Azərsu" ASC-nin əməkdaşı, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Gülağa Lazım oğlu Cəfərovu döyüb.

Hazırda faktla bağlı araşdırma aparılır.