Yahoodan Facebook və Google qadağası!

7 Mart 2014 12:23 (UTC+04:00)

Yahoodan edilən şərhdə Google və Facebookdan Yahoo xidmətlərinə girməyin qadağan ediləcəyi deyilib.


Movqe.Az xəbər verir ki, dünyada tez-tez baxılan saytlar içində əhəmiyyətli bir yerə sahib olan Yahoo , Yahoo xidmətlərinə Facebook və Google istifadəçi hesabları ilə bağlanmağı aradan qaldırdığını bildirib.


Yahooda artıq " Facebook ilə bağlan , Google+ ilə daxil et" və digər xüsusiyyətləri olmayacaq. Əhəmiyyətli axtarış mühərriklərindən olan Yahoo , indiyə qədər istifadəçisini üzvlüklərdə və ya girişlərdə Yahoo istifadəçisi olmağa məcbur etmirdi.


Əvvəllər Google+ və Facebook hesablarıyla daxil edilə olmağa imkan verən Yahoo , buna sərhəd gətirərək girişlərin yalnız Yahoo şəxsiyyətiylə ediləcəyini açıqladı.