Tanınmış modelyerin yeni kolleksiyası - FOTOLAR

7 Mart 2014 12:44 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizovadan xəbər var. Movqe.az-ın məlumatına görə, K.Əzizova Türkiyənin tanınmış modelyeri Tolqa Camin yeni kolleksiyasını nümayiş etdirib. Azərbaycanlı modelin geyimi dəflədə ən çox rəğbət bəslənən geyimlərdən olub.

Onu da əlavə edək ki, məşhur Türk jurnalı olan "Evos angels" K.Əzizovanı ayın gözəli seçib. Eyni adlı jurnal üçün çəkilən şəkillər isə yaxın günlərdə Türkiyə və Azərbaycan mediasına təqdim olunacaq.

Qeyd edək ki, K.Əzizova 2010-cı ildə Azərbaycanı Türkiyə konkursunda təmsil edib. Həmin gecəni isə Türkiyənin "TRT 1" və "TRT Avaz" kanalı yayımlayıb.