Paytaxtda güllərin fantastik qiyməti-20-80 manat
7 Mart 2014 13:13 (UTC+04:00)
Paytaxtda gül mağazalarında satılan güllərin qiyməti fantastik
həddə çatıb. Movqe.az xəbər verir ki, bahalaşma ən çox xaricdən
gətirilə güllərdədir. Belə ki, paytaxtın gül salonlarında "Liliya"
gülünün bir ədədinin qiyməti-10-20 manat, "Gardenza"-35 manat,
"İris"-35 manat, "Məryəmgülü"-69 manat, "Tülpan"-3 manat, "Lifka"-
70 manat, "Orxideya"-80 manat-a satışa çıxarılıb. Gül
mağazalarından da bu il xaricdən gətirilən güllərin qiymətində
artım olduğunu təsdiqləyiblər. Hollandiyadan gətirilən
qızılgüllərin qiyməti isə 5-7 manat arasında dəyişir. 8 mart
Beynəlxalq qadınlar bayramı münasibətilə gül buketlərinin qiyməti
içərisinə qoyulan güllərdən asılı olaraq 25 manatdan, 25-300
manatadək dəyişir. Gül mağazalarından isə alıcıların qiymətə
narazılıq etmədiklərini hər kəsin cibinə münasi gül aldığını
söylədilər.
Gardenza-1 ədədi 35 manat

Liliya-1 ədədi 10-20 manat

İris-1ədədi-35-manat

Orxideya-1 ədədi 80 manat
