Dizel avtomobillərinin insan sağlamlığına zərəri məlum oldu

13 İyun 2012 17:18 (UTC+04:00)

Movqe.Az bildirir ki, Dünya Sağlamlıq Təşkilatı (WHO), dizel mühərriklərdən çıxan qazın asbestos, arsenik və xardal qazı kimi zəhərli qazlar kateqoriyasa aid olduğunu və insanlarda xərçəng xəstəliyinə səbəb ola biləcəyini açıqlayıb.

Təşkilat rəsmiləri, dünyadakı motorlu vasitələrin istehsalçılarını, dizel mühərrik istehsalını ən qısa zamanda azaltmağa çağırıb. Çıxış edən ekspert qrupu, dizelin xüsusilə ağciyər xərçənginə səbəb olduğunu, sidik kisəsi xərçəngi ilə də əlaqəli olduğunu bildirib.

"Reuters"in xəbərinə görə, müstəqil bir ekspert qrupu bir həftə boyunca dizel və benzinin xərçəngə səbəb olma potensialını qiymətləndirən elmi nəticələri müzakirə edib və buna uyğun olaraq qərar açıqlayıb.

Araşdırma nəticəsinə görə, dizelin asbest, arsenik, xardal qazı, spirt və tütün kimi eyni dərəcədə zərərlidir.