Erməni iddiaları İsrail parlamentində

13 İyun 2012 17:21 (UTC+04:00)

Movqe.az saytı xəbər verir ki, İsrail Məclisi Knesset, 1915 hadisələri ilə bağlı erməni iddialarına baxmağı qərara alıb. İsrail məclisi, sözügedən iddiaları bölüşmək məqsədilə dünən elan etdiyi xüsusi iclasını bu gün gerçəkləşdirib.

Knesset sədri Reuven Rivlin, iclasda jurnalistlərə verdiyi açıqlamada: "Bu mövzudan Türkiyəni və ya indiki Türkiyə hökumətini qorxutmaq, yaxud onları məsuliyyət sahibi hesab etmək kimi niyyətimiz yoxdur" - deyərək, mövzunun siyasi arenaya çəkilməməsinin vacibliyini vurğuladı.

 Rivlin qısa açıqlamasında:''Digər insanların başına gələn fəlakətləri göz ardı etməməliyik'' - dedi.