Metroda əlbəyaxa dava düşdü
7 Mart 2014 14:50 (UTC+04:00)
Bakı metrosunda yeniyetmələr əlbəyaxaya
çıxdılar. Milli.az xəbər verir ki,
bu gün Bakı metrosunun "İçərişəhər" stansiyasında 16-17 yaşlı
yeniyetmələr arasında dava düşüb. Qatara minən oğlanlar aralarındakı anlaşılmazlıq ucbatından
əlbəyaxaya çıxıblar. Ətrafdakı
insanlar onları sakitləşdirməyə çalışsalar da, dava metronun
hüdudunu aşıb. Onlar bayıra çıxaraq münasibətlərini orada
aydınlaşdırmağa qərar veriblər. Hadisə
ilə bağlı ətraflı məlumat verəcəyik.