Hansı azərbaycanlı müğənni kosmetoloqların əlindən dad çəkdi ?
7 Mart 2014 14:45 (UTC+04:00)
Müğənni Mətanət İsgəndərli naşı kosmetoloqlardan
şikayətlənib. Müğənni həmçinin plastik əməliyyata qarşı çıxdığını
qeyd edib. Mövqe.az xəbər verir ki, hal-hazırda yaxşı kosmitoloqun
olmadığından gileylənən müğənni bildirib : " Bir dəfə kosmitoloqa
getdim. Nə vurdu üzümə gözümə heç özüm də bilmədim. Gözümün altına
vurulan gel hələ də getməyib və mən onun ziyanını, bəlasını indi də
çəkirəm. Ona görə də daha kosmetoloqa getmirəm. Allah bizləri
qeyri-peşəkarrlardan qorusun !".