Ebrudan 250 minlik müqavilə

7 Mart 2014 16:00 (UTC+04:00)
Türkiyəli model Ebru Şallı yeni reklam müqaviləsi imzalayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Kozmetikon" brendinin yeni kampaniyasının tanıtımında iştirak edəcək.

E. Şallı bu anlaşmadan 250 min lirə (təxminən, 100 min AZN) qazanacaq. Model gələn ay sevgilisi, müğənni Sinan Akçılla birgə yeni reklam çarxına çəkiləcək.