Bakının ən uzun tıxacı

7 Mart 2014 17:00 (UTC+04:00)
Bu gün Bakı və paytaxtın girəcəyində yollarda böyük tıxac müşahidə olunub. 

ANS PRESS-in məlumatına görə, payataxtın əksər yollarında avtomobillərin hərəkətində sıxlıq yaşanır. Səhər saatlarında "Elmlər Akademiyası", "Gənclik" metrosu yaxınlığı, Biləcəri-Xırdalan yolu, Bakı-Sumqayıt yolu, Üzeyir Hacıbəyov küçəsi, Tbilisi, Azadlıq, Moskva, Heydər Əliyev, Atatürk prospektlərində və s. ərazilərdə tıxac hökm sürüb.

Maraqlı orasındadır ki, avtomobillərin sıx olduğu yollarda yol polisi gözə dəyməyib