Dövlət Komissiyası: Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı tutulub

7 Mart 2014 18:00 (UTC+04:00)

Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Ermənistan vətəndaşı olan 20 -22 yaşlı şəxs saxlanılıb.

 

Onun kimliyi hələlik bilinmir.

 

Ş. Sayılovun sözlərinə görə, dil bilməyən Ermənistan vətəndaşı Bakıya gətirilir.