XI sinif şagirdi dəftərdən don tikdi

13 İyun 2012 18:31 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Kanada da 11-ci sinif şagirdi məktəb dəftərindən özü üçün don hazırlayıb. 17 yaşlı Kara Koskoviç paltarı buraxlış gecəsində geyinmək istəyir.
Qeyri-adi paltarın hazırlanmasına 3 ay vaxt sərf edilib. Bunun üçün isə köhnə dəftərlərin 75 vərəqi lazım olub. Bu işdə Karaya özünün sinif yoldaşıda kömək edib. Doroti Qrem adlı qız isə özünə təsərrüfat çantasından geyim hazırlayıb.
Qızların sözlərinə görə, məzun gecəsi zamanı ən çox diqqət cəlb edəndə məhz onların bir qəpik belə ödəmədən hazırladıqları paltarları olub.