İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər də olub. Göstərdiyi maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə təşəkkürünü bildirən İmranın xalası Əzizə Baxşıyeva bildirib ki, bu gün onun üçün ikiqat bayramdır: "İmranın əvvəlki sağlığına qayıtması bizi çox sevindirir. Bu işdə bizə kömək olan prezidentimizə, onun xanımına, ölləmizin Almaniyadakı səfirliyinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hovuzda olarkən qoruyucu barmaqlıq olmadığından hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prokorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.