Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir
8 Mart 2014 12:56 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının İcevan
rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında
yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri
atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.