Amaliya Pənahova: “Gündəmdə qalmaq üçün bunu edirəm”

8 Mart 2014 13:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, illərin sənətkarı, Xalq artisti Amaliya Pənahova yeni görkəmi ilə "Atv maqazin"in kamerası önünə keçib. Gözəl aktrisa adı çəkilən verlişə etdiyi açıqlamaları ilə gündəmə bomba kimi düşməyi bacarıb:


Mən bu əməliyyatımdan çox razıyam. Əgər məni görən pərəstişkarlarım bu görkəmimin mənə daha çox yaraşdığını deyirlərsə, demək buna dəyərdi. Gündəmdə qalmaq üçün artıq meyyarlar dəyişib. Mən də gündəmdə qalmaq üçün bunu edirəm. Hal-hazırda şəxsi modelyerim var. O, Rusiyada fəaliyyət göstərir. Geyimlərimi ona etibar edirəm. İndiki qızlara çatmaq çətindir. Amma, mən də zamanın tələblərinə uyğun addımlayıram.


Eyni zamanda Rusiyada 200 serialıq bir filmə çəkilirəm. Çəkilişlər artıq start götürüb.