Azərbaycanda ən çox qanarar alan aktyor odur

8 Mart 2014 13:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, görkəmli aktyor, Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı və sənət fəaliyyəti ilə bağlı maraqlı etiraflar edib:


Mən ümumiyyətcə maksimalist insanam, dəyişməyi xoşlamıram. Kökümə bağlı insanam. Bu gün bu faktlar özünü övladlarıma verdiyim adlarda da təsdiqini tapır. Üç övladım var, iki qız və bir oğlan. Oğlum ortancıldır. Böyük qızım artıq işləyir, evimizin son beşiyi isə hal-hazırda tələbədir. Mən ölsəm, övladlarıma "Cavad Xan" boyda sərvət qoyub gedəcəm.


Ailəsi haqqında məlumat verdikdən sonra sənət fəaliyyəti və bir zamanlar qarşılaşdığı haqsızlıqları dilə gətirən aktyor, o günləri unutmadığını söyləyib:


Zaman olub ki, məni hansısa bir filmə dəvət ediblər. Səhəri gün çəkilişə getmişəm ki, mənim əvəzimə başqa biri rol alıb həmən filmdə. O qədər belə hadisəylə qarşı-qarşıya qalmışam. Bu həyatdır, qarşımıza məqsəd qoyub ona doğru bezmədən, yorulmadan addımlamaq lazım sadəcə. Bu gün də mən bunun bəhrəsin görürəm. İstər tamaşa baxımından olsun, istərsə də film nöqteyi nəzərdən, özümü tələbatlı aktyor hesab edirəm. Mən bu gün Azərbaycanda ən çox qanarar alan aktyoram, bəli! Bunu etiraf edirəm. Niyə də olmasın?! Məndən yüksək səviyyədə aktyorluq keyfiyyəti istəyə bilərlər, mən yüksək qanarar tələb edə bilmərəm?! Bu belə də olmalıdır. Qanararım yüksəkdir, əgər məni hər hansı bir filmdə görmək istəyirlərsə, tələb etdiyim qanararı ödəməlidirlər.

Müxbirin, "Sənət sizdən nələri aldı?" sualına isə, Xalq artistinin cavabı: "Çox şeyi! Saçlarımı ağartdı" olub.