“Putin Ukraynaya qoşun yeritməyib”-RƏSMİ AÇIQLAMA

8 Mart 2014 16:19 (UTC+04:00)

Movqe.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

O, Qərb dairələrinin Rusiyanın Ukraynada 30 minlik qoşunu olması ilə bağlı iddialarının əsassız olduğunu deyib.

Kreml rəsmisinin sözlərinə görə V. Putin səlahiyyətlərindən istifadə etməyib və sadəcə olaraq Rusiyanın Krımda yalnız hərbi dəniz bazası mövcuddur.

"Əlbəttə Rusiyanın bölgədə mövcud olan təsisatları Ukraynadakı gərginliyə görə qorunma altına alınıb"-deyə D. Peskov söyləyib.