Füzulidə tank əleyhinə mərmi partladı

8 Mart 2014 16:27 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, martın 6-da Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Mahir Vəliyev həyətində təmizlik işləri aparıb tullantıları yandırarkən partlayış baş verib. Xəsarət alan olmayıb.

Araşdırma zamanı orada tank əleyhinə RQ-7 mərmisinin partlaması müəyyən edilib.