“Mətbuatda yazılanlar boş-boş şeylərdi”- Tağı Əhmədov

8 Mart 2014 17:40 (UTC+04:00)

Bu günlərdə bir sıra internet portallarında Bakı motropoliteninin rəsi Tağı Əhmədovun metronun rəisi vəzifəsindən azad olunduqdan sonra onun müavin kimi fəaliyyət göstərəcəyi haqda xəbər yaymışdı.

Yayılan xəbərdə hətda Tağı Əhmədovun metropolitendə müavin kimi işini yerinə yetirmək üçün yeni otaqla təmin olunduğu da deyilirdi.

Movqe.az Tağı Əhmədovun həqiqətən də metropolitenin rəis müavini təyin olunması xəbərini dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb. Keçmiş rəis müavin təyin olunmasının yalnız iki ayadan sonra baş tuta biləcəyini bildirib." Metropolitenin nizamnaməsi qəbul olunmalıdı. Sərəncamda da yazılıb ki, nizamnamə iki ay ərzində hazırlansın.Bu nizamnamə hazır olduqdan sonra, metronun rəis müavinləri də, digər işçilər də yenidən ştata düşəcəklər. Metronun rəis müavinlərinin təyin olunması isə prezidentin səlahiyyətinə daxildir. Bu proselərdən sonra mən müavin təyin oluna bilərəm. Hələki, mətbuatda yazılanlar boş-boş şeylərdi. Mən hal-hazırda federasiya vitse prezidenti və Yasamal rayon YAP -ın sədr müavini vəzifəsindəyəm.Fürsətdən istifadə edərək 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara qadın xoşbəxtliyi səadət dolu həyat arzulayıram.", - deyə Tağı Əhmədov bildirib.