Bu gündən Azərbaycanda temperatur yüksəlir - Hava Haqqında

9 Mart 2014 09:43 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 8-13° isti, Bakıda gecə 2-4°, gündüz 10-12° isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 2-6°, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 3-8°, gündüz 14-19° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 1-6°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındagündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 4-6°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.