Sumqayıtda vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

9 Mart 2014 10:40 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.