Ukrayna ordusu ağır hərbi texnika ilə Krıma doğru irəliləyir - VİDEO

9 Mart 2014 11:15 (UTC+04:00)
Ukrayna Müdafiə Nazirliyinin qərb bölgəsi üzrə mətbuat mərkəzindən bildiriblər ki, bu, "məşqdir". Bu barədə məlumat verən polkovnik-leytenant Aleksandr Poronyuk "məşqin" detallarını açmayıb və bunu hərbi sirr adlandırıb.

Aleksandr Poronyuk sakinlərdən xahiş edib ki, hərbi texnikanın vilayətin ərazisi ilə hərəkətini anlayışla qarşılasınlar. "Xahiş edirəm ki, avtomobillər kolona "dürtülməsinlər". Hərbçilər məşq edirlər", - deyə o vurğulayıb.