Alimin basdırılması xalqı ayağa qaldırdı

9 Mart 2014 11:26 (UTC+04:00)
Serbiyada 20-ci əsrin məşhur fizika alimi - işığın ixtra olunmasında böyük rolu olan Nikola Teslanın külünün basdırılması etirazlara səbəb olub.

Paytaxt Belqradda baş tutan aksiyaya yüzlərlə fəal qatılıb. Askiyaçılar maraqlı şüarlarla çıxış ediblər.

"Tesla bizə işığı gətirdi, sizsə, onu qaranlığa qərq etməyin" - deyə fəallar rəsmilərin qərarına etirazlarını bildiriblər.

Teslanın külü artıq 60 ildən çoxdur ki, urnada saxalnılır.

Xorvatiyada anadan olan serb əsilli fizik 1943-cü ildə dünyasını dəyişib.