Putinə yumşaq dərili oğlan dedilər
9 Mart 2014 11:35 (UTC+04:00)
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti
Vladimir Putini sərt, amma yumşaq dərili lider hesab etdiyini
açıqlayıb.
Hillari Klintonun Putin haqqındakı bu fikirləri "Ukraynskaya
pravda" qəzetində dərc olunub: "Mən bilirəm ki, bizim qarşımızdakı
yumşaq dərili sərt bir oğlandır. Mənim təcrübəmdə belələri çox
olub... Onun kimi belə insanlarla çoxdur."
O, həmçinin qeyd edib ki, bütün tərəflər yalnış ola biləcək
addımlar atmaqdan çəkinməlidir.
Kilinton bundan bir müddət əvvəl, Rusiya prezidentinin Krımdakı
fəaliyyətini Adolf Hiterin hərəkətlərinə bənzətmişdi.