İran yenə silkələndi

9 Mart 2014 12:50 (UTC+04:00)

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində 3,5 bal gücündə zəlzələ baş verib.

Movqe.az "Fars" agentliyinə istinadən məlumat verir ki, zəlzələ sakinlər arasında təşvişə səbəb olub.

Zəlzələnin episentri Təbriz yaxınlığındakı Əmənd kəndində, 17 km dərinlikdə olub.

Xatırladaq ki, 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, təxminən 2500 nəfər xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təqribən 5 min bina zərər görmüşdü.