Özünü qatarın altına atan oğlanla bağlı şok təfərrüat-Video

9 Mart 2014 13:00 (UTC+04:00)
Bir neçə gün öncə metronun "Ulduz" stansiyasında özünü qatarın altına atan 18 yaşlı Devran Həsənovun özünü öldürməyə cəhd etməsinin səbəbləri aydın olub.

Movqe.az məlumat verir ki, Bakı Dövlət Universitetinin Sosiologiya ixtisasında təhsil alan tələbə Ucar rayonundandır. Gəncin atası Mübarizin son vaxtlar işlədiyi Rusiyada yoxa çıxdığı və ondan xəbər almağın mümkün olmadığı deyilir. Bu səbəbdən də Devran Həsənov son vaxtlar özünü qəribə apararaq "Facebook"da pessimist statuslar paylaşırmış. Onun "Facebook"da son paylaşdığı status özünü qatarın altına atdığı martın 5-i günü olub.

Gənc oğlan sosial şəbəkədə "və mən gedirəm, istəməsəm də..." statusunu yazıb. Ümumiyyətlə gəncin intihara meyilli olması onun sosial şəbəkədə paylaşdığı statuslardan da görmək olur: "Çox dirəndim, ancaq olmadı, gedirəm arxama baxmadan", "Uzaq deyil vaxt daralır".

Qeyd edək ki, martın 5-də axşam saatlarında 18 yaşlı Devran Həsənov özünü metronun "Ulduz" stansiyasında qatarın altına atıb. Hadisə zamanı oğlanın sağ qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir. Gənc Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.