Əfqanıstanın vitse-prezidenti öldü

9 Mart 2014 13:15 (UTC+04:00)

Əfqanıstanın vitse-prezidenti Məhəmməd Qası Fahim dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı "Frans Press" agentnliyi Əfqanıstan prezidentinin nümayəndəsinə istinadən yayıb.


Vitse-prezidentin öz əcəli ilə dünyasını dəyişdiyi bildirilir.


Ölkədə üç günlük matəm olunacaq.


Məhəmməd Qasım Fahim 1957-ci ildə anadan olub. O, 2009-cu ildən Əfqanıstanın birinci vitse-prezidenti idi.