Yaponiyada anti-nüvə nümayişi keçirildi

9 Mart 2014 13:40 (UTC+04:00)
Fukusima fəlakətinin 3-cü ildönümü ərəfəsində Yaponiyanın paytaxtı Tokioda anti-nüvə nümayişi keçirilib.Minlərlə şəhər sakini Tokio parkından parlament binasına doğru yürüş edib.

Aksiya iştirakçıları ölkədəki atom-elektrik stansiyalarının fəaliyyətinin tamamilə dayandırılmasını tələb ediblər.

Analoji aksiyalar bu gün və sabah da Yaponiyanın bir çox şəhərlərində plaşlardırılıb.

Etirazlara Sindzo Abe hökumətinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış 48 nüvə reaktorundan bəzilərini yenidən işə salmaq planı səbəb olub.