Rio karnavalı həyəcanı yenidən yaşandı
9 Mart 2014 13:53 (UTC+04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan möhtəşəm Rio
karnavalı rəsmi olaraq başa çatsa da, samba rəqqasları yenidən Rio
küçələrinə qayıdıblar. Belə ki, ənənəyə uyğun olaraq, karnavalın
son günündə yarışan samba rəqs məktəblərinin təmsilçiləri öz
məharətlərini bir daha göstərmək üçün Sambadromda parad
keçiriblər.
Parada samba yarışında iştirak edən 20 məktəbin hamısı deyil,
yalnız finala qalan 6 samba məktəbinin rəqqasları qatılıb.
"Çempionlar Paradı" adlandırılan tədbirə qatılan məktəblər rəqs
kostyumlarının rəngarəngliyinə və musiqinin keyfiyyətinə görə
bir-birindən fərqlənib. Hətta yağışın yağması belə Rio sakinlərinin
və turistlərin parad əhval-ruhiyəsini poza bilməyib.