Paralimpiyaçılar dağ xizək və xizək yürüşündə yarışacaqlar

9 Mart 2014 14:07 (UTC+04:00)
Soçidə XI Qış Paralimpiya Oyunları davam edir. Paralimpiya Oyunlarının ikinci günündə beş idman növündə qaliblər müəyyənləşəcək.

Atletlər dağ xizək və xizək yürüşünün müxtəlif növləri üzrə birincilik uğrunda yarışacaqlar.

Həmçinin sleyc-xokkey üzrə qrup yarışları çərçivəsində Çexiya – İsveç, Kanada – Norveç, ABŞ – Koreya Respublikası və Rusiya – İtaliya görüşləri keçiriləcək.