Dünyanın ən nüfuzlu 100 universitetinin adı açıqlanıb

9 Mart 2014 15:10 (UTC+04:00)

Maraqlıdır ki, ilk 100-də universitet markasını hər zaman saxlamağı bacaran ABŞ-ın 46 universiteti var.20 ölkənin yer aldığı siyahıda İngiltərə universitetlərinin nüfuzunun azalması "narahatçılıq" doğurub.

 


Beləliklə, Böyük Britaniyanın 10 universiteti, Almaniyanın 6, Avstraliya və Yaponiyanın 5, Hollandiyanın 4, Çin və Fransanın bir  universiteti siyahıya düşüb. Tokio Universiteti 11-ci olub.
 

 

Keçmiş sovet məkanından ancaq Rusiyanın məşhur M.Lomonosov adına Moskva Dövlət Universiteti ilk 100-də yer alıb.Ən sayılan universitetlər sırasına Türkiyədən yalnız bir universitet – Orta Doğu Teknik Üniversitesi (ODTÜ) düşüb (71-80-ci qrup).
 

 

Azərbaycan universitetləri siyahıda yoxdur."Times Higher Education" bu reytinqi "Thomson Reuters" İnformasiya Qrupu və "Ipsos Media" İctimai Rəyi Öyrənmə Xidməti ilə birgə bütün dünyada sosial qruplar arasında keçirilən anketləşdirmə nəticəsində tərtib edir.

Reytinq hazırlayan qrupun fikrincə, hansı yerdə olsa da, ilk 100-lüyə düşmək hər bir universitet üçün şərəf sayıla bilər.