İraqın baş nazirindən Səudiyyə Ərəbistanı və Qətərə sərt ittihamlar

9 Mart 2014 15:17 (UTC+04:00)

"Onlar (Səudiyyə Ərəbistanı və Qətər) Suriya vasitəsilə və birbaşa İraqa hücum və müharibə elan ediblər. Bu iki dövlət digərlərindən əvvəl İraqda konfessiyalararası və terror, həmçinin təhlükəsizlik böhrana görə məsuliyyət daşıyırlar" - baş nazir Fransanın France24 telekanalına müsahibəsində deyib.

Şiə müsəlmanı olan əl

-Malikinin sözlərinə görə, İraqda sünni azlığın incidilməsində ona qarşı ittihamlar Səudiyyə Ərəbistanı və Qətər tərəfindən təhrik olunan fanatiklərdən irəli gəlir.İraqın baş nazirinin fikrincə, Ər-Riyad və Doha İraqda yaraqlılara siyasi, maliyyə və informasiya dəstəyi göstərir, habelə onları silahla təmin edir.