Fransa başı bağlı qadınları ölkəyə buraxmadı

13 İyun 2012 20:06 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Qətər dövlətindən Fransaya təyyarə ilə gəlmiş 3 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı Fransaya buraxılmayıb. Buna səbəb isə, onların çarşablarını çıxarmamaqda israr etmələri olub. 

 Qeyd edək ki, qalmaqal Parisin Şarl de Qol hava limanında baş verib. Sərhəd polisinin əməkdaşları qadınlardan çarşablarını çıxarmağı xahiş edib. Ancaq onlar bundan imtina edib. Nəticədə qadınların Fransa ərazisinə daxil olmağa qadağa qoyulub və onlar yenidən Qətərə qayıtmaq məcburiyyətində qalıb.

 Fransa Avropada ilk ölkə olub ki, burada ictimai yerlərdə üzün tam olaraq örtülməsinə, xüsusilə də müsəlman qadınların çarşab və niqab geyinləmələrinə qarşı qadağa qoyan qanun qüvvəyə minib. Belə bir qanunun qəbul edilməsinin təşəbbüskarı isə sabiq prezident Nikolya Sarkozi olub.

Türkan Nadirqızı

Movqe.Az