QİÇS-dən bir nəfər də sağaldı

9 Mart 2014 17:22 (UTC+04:00)

Məlumata görə, 2013-cü ilin Aprel ayında Los Ancelesdə anadan olmuş qızı həkimlər həyatının ilk dörd saatında aqressiv antiretrovirus terapiya ilə müalicə ediblər. Yeni doğulmuş körpənin anası QİÇS xəstəsi olub, lakin hamiləlik zamanı heç bir müalicə almayıb.

Aparılan çoxsaylı testlər göstərib ki, uşaq QİÇS-dən sağalıb. Lakin virusun statusunu tam müəyyən etmək mümkün olmadığından qız QİÇS daşıyıcıları üçün nəzərdə tutulan standart müalicə qəbul edir.

QİÇS virusuna yoluxmuş uşağın ilk müalicə faktını da Cons Hopkins Universitetinin alimləri ötən ilin martında açıqlamışdılar. O zamanda da 2010-cu ildə doğulmuş qız ilk 30 saat ərzində standart aqressiv antiretrovirus terapiyası almışdı.