Azərbaycanda evdən 1 kiloqramdan çox qızıl oğurladılar

9 Mart 2014 17:39 (UTC+04:00)

ŞəhərinXətayi küçəsi ev 42-yə ötən gün basqın olnub. Ev sahibinin evdə olmadığını görən şəxs və yaxud şəxslər evə girmək üçün müxtəlif üsullara əl atıblar. İlk öncə dəmir alətlə qapını qırmağa çalışıblar. Qapının qırılmadığını görüb pəncərədən içəri daxil olublar.



4 otaqlı evə girən naməlum şəxs vəyaşəxslər yalnız bir otaqda axtarış aparıblar. Ev sahibiNəbi Əzizovun sözlərinə görə, çamadanda olan ümumi miqdarı 1 kq-dan çox olan qızlı ziynət əşyalarını gütürüblər. Ev sahibi qonşularından şübhələnir. Qonşular isə bu iddia ilə razı deyillər. Şamaxı polisi oğurluq hadisəni törədən şəxs və yaxud şəxləri araşdırır. Faktla bağlı Şamaxı RPŞ – nin TİB cinayət işi açılıb istintaq aparılır.