“Səhranın bəyaz günəşi”nin Suxovu vəfat edib

9 Mart 2014 18:28 (UTC+04:00)

Tanınmış Rusiya aktyoru, RSFSR-in xalq artisti Anatoli Kuznetsov martın 9-da Moskvada 84 yaşında vəfat edib.


Movqe.az - ın məlumatına görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən bildirilib.

"Səhranın bəyaz günəşi" filmində oynadığı Suxov obrazı ilə məşhurlaşan aktyor yaradıcılığı boyu 94 rol oynayıb.