Ukrayna Krıma qatar reyslərini dayandırıb
10 Mart 2014 00:07 (UTC+04:00)
Ukrayna Dəmir Yolları Krıma qatar reyslərini dayandırıb.Movqe.az-ın
xəbərinə görə, Kiyevin ən böyük nəqliyyat şirkətinin məlumatına
görə, hazırda bu günə və sabaha satılan biletlərin sayı
dəqiqləşdirilir. Məlumatda qeyd edilib ki, hazırda Kiyevdəki dəmir
yol vağzalının kassalarında da Simferopol və Sevestopola olan 60
biletin satışına qadağa qoyulub. Məsələyə münasibət bildirən Krım
Muxtar Respublikası baş nazirnin birinci müavini Rüstəm
Temirgaliev, "İnterfaks" agentliyinə açıqlamasında xəbəri
təsdiqləyib. "Biz krımlılar üçün Krım-Kuban körpüsü açılacaq".Qeyd
edək ki, Ukraynada baş verən hadisələrin fonunda Krım rəsmi Kiyevlə
əməkdaşlıqdan imtina edir.
Bu arada Rusiya hərbçiləri Perekop bərzəxində hərbi postlar qurur.
Rusiya artıq Avrasiya materiki ilə Krımı birləşdirən bərzəx boyunca
hərbi postlar qurub. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti
Administrasiyasından məlumat veriblər.Məlumatda bildirilib ki, ötən
gün Krımın dövlət sərhədlərini və sərhəddə yerləşən rayonları
mühafizə edən təyyarə bu ərazilərdə Rusiya hərbi qulluqçularının
çoxlu sayda hərbi postlarını aşkar edib. Həmin hərbi postlardan
təyyarəyə atəş açıldığı da bildirilib.