Elmar Məmmədyarov martın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

10 Mart 2014 00:10 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev movqe.az-a bildirib ki, E. Məmmədyarov vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişini müzakirə edəcək.Qeyd edək ki, həmsədrlər martın 3-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da danışıqlar aparıblar.