Terrorçular Malayziya təyyarəsini qaçırıb
10 Mart 2014 00:13 (UTC+04:00)
Ötən gün gecə Vyetnam üzərindən uçarkən radarlardan itən "Malaysian
Airlines" şirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi
qaçırılıb.Movqe.az-ın məlumatına görə, belə bir iddia ilə Malayziya
rəsmiləri çıxış ediblər. Hazırda təyyarənin geriyə Kuala-Lumpur
aeroportu istiqamətində uçuş istiqamətini dəyişə bilməsi versiyası
nəzərdən keçirlir. Təyyarənin dispetçerlərlə əlaqəsini itirdikdən
sonra geriyə dönməyə cəhd etməsi istisna edilmir. Malayziyanın
Kuala-Lumpur şəhərindən Pekinə uçan, göyərtəsində 227 sərnişin və
12 heyət üzvü olan təyyarə ilə əlaqə Vyetnam ərazisinə yaxın hava
məkanında kəsilmişdi.Ötən gün sərnişinlərin siyahısı dərc
edildikdən sonra iki nəfərin təyyarəyə özgə pasportlarla təyyarəyə
oturduqları müəyyən edilib.Həmin pasportların gerçək sahibləri
keçmişdə Taylandda sənədlərini itirdiklərini bildiriblər.Malayziya
nəqliyyat nazirinin sözlərinə görə, özgə pasportla təyyarəyə keçmiş
sərnişinlərin şəxsiyyətləri yoxlanılır."Boeing 777" təyyarəsnin
yoxa çıxması ilə bağlı aparılan araşdırılmalarda ABŞ Federal
Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşları da iştirak edirlər.