Rusiya müharibəyə hazırlaşır

10 Mart 2014 13:09 (UTC+04:00)

Krımda Perivalne bölgəsində yerləşən rus əsgərləri, hərbi çadırlar qurub. Rus əsgərlərin sipər üçün çuxur qazmaları isə İHA obyektivinə düşüb.


Movqe.az xəbər verir ki, Krımın çöl bölgələrinə daxil olan  İHA qrupları, Rus əsgərlərinin qurduqları çadırları və sipər yaratmaq üçün qazdığı çuxurları görüntüləyib. Qurulan hərbi çadırların bacalarının tüstülədiyi , dağ ətəklərindəki  yük maşınlarının isə nömrələrinin söküldüyü müşahidə edilib. Rus əsgərlərinin ayrıca Ukraynaya aid tanklara da əl qoyduqları deyilib.


Bölgədə daha əvvəl edilən şərhlərdə Rusiya ordusunun Krımdakı əsgər sayının 20 mini keçdiyi və əsgərlərin xüsusilə Krımın dağlıq sahələrində məskunlaşdığı bildirilib.

Xatırladaq ki, Ukrayna ordusu Krıma martın 16-da hücum edəcək.   Bu barədə Ukrayna Radasının deputatı Oleq Çarev öz Feysbuk səhifəsində yazıb.