ABŞ-dakı Venezuelalıların səssiz qışqırığı

10 Mart 2014 12:28 (UTC+04:00)

ABŞ-da yaşayan bir qrup Venezuelalı , ölkələrində yaşanan şiddətə diqqəti çəkmək üçün məşhur Times Meydanında ağızları bandlanmış şəkildə oturaraq aksiya keçirib.


Movqe.Az xəbər verir ki, qadın və uşaqların da aralarında olduğu nümayişçilər , Venezuelada davam edən rəhbərlik ziddiyyətlərinə diqqəti çəkmək və dünya ölkələrini köməyə çağırmaq üçün Nyu Yorkda fərqli bir hərəkat keçirib. Bu dəfə heç nə deməyən nümayişçilər , ağızları bandlanmış vəziyyətdə oturaraq əllərindəki plakatlarla səslərini eşitdirməyə çalışıb.


Polisin hər hansı bir təhlükəsizlik tədbiri götürmədiyi nümayişdə uzun müddət oturmaq məcburiyyətində qalan Venezuelalılar , müəyyən aralıqlarla ətrafda kiçik diametrli turlar ataraq diqqət çəkib.


Xüsusilə turistlərin marağını çəkən hərəkatdə Venezuela bayraqlarıyla yanaşı, üzərlərində "Bizə kömək edin" , "Azadlıq istəyirik " yazan plakatlar daşınıb.