Türkiyədə "Nyphomaniac" filminin yayımlanmasına senzura tətbiq edilib. Buna səbəb kimi isə filmdə erotikanın, açıq-saçıq səhnələrin olduğu bildirilib. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin tanınmış teatr aktrisası Billur Kalkavan bu mövzunu şərh edərkən bildirdiyi fikirləri ilə hər kəsi şoka sala bilib :
"Mən pornoya baxmağı sevirəm. 50 yaşlı bir qadınam və nəyi izləyib, nəyi izləməyəcəyimə özüm qərar verə bilərəm. Buna görə porno saytların internetdə qadağan edilməsinə və belə filmlərə olan qadağaya məna verə bilmirəm. Əgər bu addımlar uşaqları qorumaq üçündüsə qadağalarla uşaqları qorumaq olmaz. Belə mümkün deyil".