Röya küsülü olduğu həmkarına çiçək yolladı

10 Mart 2014 14:21 (UTC+04:00)
Neçə illərdir küsülü olan məşhurlar barışdı. Mövqe.az xəbər verir ki, müğənni Röya Ayxan və Tünzalə Ağayeva barışıb. Neçə illərdir davam edən küsülülüyə Röya son qoyub. Əməkdar artist Tünzalə Ağayevanın ad günündə Röya ona çiçək yollayıb. Aralarındakı soyuq münasibətə belə son verən iki müğənni sonda barışıblar. 


Qeyd edək ki, neçə illər bundan öncə Röya Ayxan əməkdar artistin ifasını bəyənmədiyini açıqlamışdı. Tünzalə Ağayeva isə Röyaya salam verməmişdi.